Bu gün kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında üçüncü dövrənin ilk turunun oyunları keçirilib. Matc.az xəbər verir ki, Voleybol Mərkəzində baş tutan çempionatın 7-ci turuna "Murov" - "Neftçi" matçı ilə start verilib.
 
çempionatın lideri "Murov" yenə qələbəyə sevinib. Komanda 3 xalı rəqibini 3:0 (25:20, 25:19, 25:22) hesabı ilə məğlub etməklə aktivinə yazıb.
 
Bu gün 7-ci tur çərçivəsində keçirilməsi nəzərdə tutulan "Xarı bülbül" - MOİK qarşılaşması təxirə salınıb. Buna hakimlərin oyuna çıxmaqdan imtina etməsi səbəb olub.
 
"Murov" hazırda 17 xalla turnir cədvəlində liderliyini davam etdirir. 9 xala malik "Xarı bülbül" ikinci, eyni xalla "Neftçi" üçüncü yerdə qərarlaşıb. MOİK isə 1 xalla sonuncudur.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest