Qadın voleybolçular arasında Azərbaycan çempionatında növbəti oyunların keçirilmə vaxtı dəqiqləşib. Matc.az xəbər verir ki, fevralın 16-da Yüksək Liqada 3-cü dövrə çərçivəsində iki matç keçiriləcək.
 
8-ci turun ilk qarşılaşmasında "Abşeron" komandası "Azərreyl"i sınağa çəkəcək. Bu oyun saat 16:00-da başlayacaq.
 
Ardınca UNEC - "Murov" oyunu baş tutacaq. Günün son matçına isə saat 18:00-da start veriləcək.
 
Hər iki görüş Voleybol Mərkəzində təşkil olunacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest