Azərbaycanın və “Qəbələ” İdman Klubunun kikboksçusu Alim Nəbiyev növbəti döyüşünü keçirib. Matc.az xəbər verir ki, təmsilçimiz Fransanın Strasburq şəhərində təşkil olunan “Glory64” çərçivəsində rinqə çıxıb.

Yarımorta çəki dərəcəsində mübarizə aparan Nəbiyev Surinam əsilli hollandiyalı Murtela Qroenhartla qarşılaşıb. “Glory” seriyasının reytinq birincisi olan idmançımız görüşdən qalib ayrılıb. Alim rəqibini hakimlərin rəyi ilə məğlub edib – 4:1 (27:30, 29:28, 29:28, 29:28, 29:28).

Bu, kikboksçunun peşəkar rinqdə keçirdiyi 58-ci döyüşdə 51-ci, “Glory” seriyasında keçirdiyi 6-cı görüşdə 5-ci qələbəsi olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest