Bu gün kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında növbəti oyunlar keçirilib. Matc.az xəbər verir ki, Voleybol Mərkəzində təşkil olunan 8-ci turun ilk matçı "Neftçi" və "Xarı bülbül" komandaları arasında olub.

Günün ilk qarşılaşmasında qalib 3 hissədə müəyyən olunub. İlk hissədə 25:22 hesabı ilə qalib gələn Şuşa klubu növbəti setlərdə də rəqibindən daha yaxşı oynayaraq qarşılaşmanın hesabını rəsmiləşdirib - 3:0 (25:22, 25:20, 25:18).

Turun son matçında isə MOİK "Murov"la üz-üzə gəlib. Oyun "Murov"un 25:13 hesablı üstünlüyü ilə başlayıb. Sonrakı setlərdə də 25:18 və 25:08 hesabları ilə qalib gələn "Murov" matçı qələbə ilə başa vurub - 3:0. 

Beləliklə, "Murov" 20 xalla turnir cədvəlində liderliyini davam etdirir. 12 xala malik "Xarı bülbül" ikinci, 9 xalla "Neftçi" üçüncü yerdə qərarlaşıb. MOİK isə 1 xalla sonuncudur.

Yüksək Liqa
8-ci tur
17 fevral

Neftçi - Xarı bülbül 0:3 (22:25, 20:25, 18:25)
MOİK - Murov 0:3 (13:25, 18:25, 08:25)

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest