Bakıda atıcılıq üzrə dünya kuboku keçiriləcək. Matc.az xəbər verir ki, yarış mayın 8-15-i aralığında olacaq.
 
Dünya kubokunda 50-dən çox ölkənin 600 idmançı və texniki heyətinin iştirakı gözlənilir. Budəfəki turnir güllə atıcılığının növləri üzrə olacaq.
 
2022-ci ilin mayında keçirilən dünya kubokunda 26 ölkəni təmsil edən idmançılar 94 medal qazanıblar.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest