28 Fevral 2023, 17:10
                
                
                
                                DİGƏR 
                                
                
               
              
				  
 
	Azərbaycanlı şahmatçı Teymur Rəcəbov FIDE reytinqində ilk "onluğ"a düşüb. Matc.az xəbər verir ki, mart ayı üçün açıqlanan siyahıda tanınmış qrossmeyster 10-cu yerdə göstərilib.
	Onun aktivində 2747 xal var. Digər həmyerlimiz Şəhriyar Məmmədyarov 2738 xalla 15-ci yerdədi.
	Digər kişi şahmatçılarımız Qədir Hüseynov 83-cü (2661), Rauf Məmmədov isə 100-cü (2646) pillədədi.
	Reytinqə yenə norveçli dünya çempionu Maqnus Karlsen (2852) başçılıq edir. Rusiyalı Yan Nepomnyaşi (2795) ikinci, çinli Liren Dinq (2788) üçüncüdü.
	Qadın şahmatçılarımızın isə reytinqdə mövqeləri belədi: Günay Məmmədzadə - 22 (2472 xal), ülviyyə Fətəliyeva - 42 (2427), Gövhər Beydullayeva - 61 (2388), Xanım Balacayeva – 70 (2372), Gülnar Məmmədova – 88 (2358).
	XƏYAL
				
         	
                                             
               
 
             
 















