02 Mart 2023, 19:24
                
                
                
                                DİGƏR 
                                
                
               
              
				  
 
	Azərbaycanın daha bir idman gimnastı Qətərin Doha şəhərində keçirilən idman gimnastikası üzrə dünya kubokunda finala yüksəlib. Matc.az xəbər verir ki, milli komandanın üzvü Nazənin Teymurova sərbəst hərəkətlərinin icrasında təsnifat mərhələsini 5-ci pillədə başa vurub.
	Gimnast bu nəticə ilə adını finala yazdırıb.
	Xatırladaq ki, daha əvvəl Nikita Simonov halqalarla hərəkətlərin icrasında həlledici mərhələyə adlayıb.
				
         	
                                             
               
 
             
 















