04 Mart 2023, 00:04
                
                
                
                                DİGƏR 
                                
                
               
              
				  
 
	Qətərin Doha şəhərində keçirilən idman gimnastikası üzrə dünya kubokunda Azərbaycan millisinin üzvü Nikita Simonov bürünc medal qazanıb. Matc.az xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti məlumat yayıb.
	Xəbərdə bildirilir ki, 27 yaşlı idmançı halqa ilə hərəkətlərin icrasında üçüncü nəticə göstərib.
	Xatırladaq ki, Dohadakı dünya kubokunda yığma komandamızın digər üzvü Nazənin Teymurova da sərbəst hərəkətlərin icrasında təsnifat mərhələsini 5-ci pillədə başa vuraraq finala adlayıb.
				
         	
                                             
               
 
             
 















