Ukrayna Premyer Liqasında 16-cı turun oyunları keçirilib. Matc.az xəbər verir ki, azərbaycanlı yarımmüdafiəçi Emil Musatafayevin formasını geyindiyi "Aleksandriya" da növbəti matçına çıxıb.
Sözügedən kollektiv lider "Dnepr-1"i qəbul edib. Futbolçumuzun komandası bu görüşdən heç-heçə ilə ayrılıb – 2:2.
Mustafayev də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb. Komandasının hər iki qoluunu azərbaycanlı futbolçu vurub. O, 31 və 88-ci dəqiqələrdə rəqib qapısına yol tapıb.
"Aleksandriya" hazırda 26 xalla 16 iştirakçı arasında 5-ci pillədə qərarlaşıb.