Futzal üzrə Dç-2024-ün əsas mərhələsi çərçivəsində son oyununu səfərdə Polşa yığmasına qarşı keçirəcək Azərbaycan millisi martın 5-də matçın keçiriləcəyi Koşalin İdman Zalında ilk məşqini keçirib.
Matc.az xəbər verir ki, futzalçılar baş məşqçinin taktiki planda tapşırıqlarını yerinə yetirib.
Zədə səbəbində Felipinyo, Ramiz çovdarov və Bolinya kollektiv çalışmaya qatılmayıb. Amma komandanın həkimi onların martın 7-də keçiriləcək oyuna qədər sıraya dönəcəyini bildirib.