08 Mart 2023, 19:46
                
                
                
                                DİGƏR 
                                
                
               
              
				  
 
	özbəkistanın paytaxtı Daşkənd şəhərində 8 mart beynəlxalq qadınlar gününə həsr olunan beynəlxalq şahmat turniri keçirilir. Matc.az xəbər verir ki, yarışda 10 ölkədən 111 şahmatçı mübarizə aparır.
	Turnirdə ölkəmizi Gülnar Məmmədova təmsil edir. 3 turdan sonra yarış cədvəlinə aktivində 3 xal olan Valentina Qunina başçılıq edir. Şahmatçımız Gülnar Məmmədova 2,5 xalla 3-9-cu yerləri bölüşdürür.
	9 turdan ibarət turnirin ümumi mükafat fondu 50 min ABŞ dollarıdır. 
	Qeyd edək ki, yarışın baş hakimi həmyerlimiz İlahə Qədimovadır.
				
         	
                                             
               
 
             
 















