AVRO-2024-ün seçmə mərhələsinin ilk oyununu millimizə qarşı keçirəcək Avstriya yığması, nəhayət ki, bir sevindirici xəbər alıb. Matc.az saytının yerli mətbuata istinadən məlumatına görə, kapitan David Alabanın durumu baş məşqçi Ralf Ranqnik üçün təsəlli olub.
 
Zədə və xəstəlik ucbatından Aleksander Şlaqer, Marko Arnautoviç, Matias Honsak və Filipp Lienhart heyətdən uzaqlaşdırılsalar da, Alaba kollektivlə birlikdə məşqlərə qoşulub. Zədəli olduğu üçün son bir ayda "Real"ın 6 oyununu buraxan kapitan Azərbaycan millisi ilə matça hazırdı. Ancaq onun fiziki durmunun və oyun praktikasının qaydasında olmaması yerli komandaya problem yarada bilər.
 
Qeyd edək ki, Avstriya – Azərbaycan oyunu martın 24-də Linzdəki "Raiffeisen Arena"da keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest