"Peugeot Azerbaijan" şirkəti "Sabah" FK-nın yeni nəqliyyat tərəfdaşı olacaq. Matc.az xəbər verir ki, tərəfdaşlıq çərçivəsində "Sabah" FK nəqliyyat vasitələri ilə təmin ediləcək.
 
Artıq şirkət tərəfindən elektrik mühərrikli, yeni "e-2008 Peugeot" markalı avtomobil "Sabah" FK-nın ixtiyarına verilib. Avtomobil "Peugeot Azerbaijan" şirkətinin direktoru Ramin Mustafayev tərəfindən "Sabah" FK-nın prezidenti Maqsud Adıgözəlova təqdim edilib.
 
Bundan əlavə, "Sabah" FK-nın ev oyunlarını keçirdiyi "Bank Respublika Arena"da ehtiyat oyunçular skamyası "Pegeout" brendinə uyğun şəkildə daha rahat və müasir oturacaqlarla təmin edilib, həmçinin stadionda brendin reklam lövhələri yerləşdirilib.
 
"Peugeot Azerbaijan" şirkəti zəngin tarixi və təkrarolunmaz dizaynı ilə seçilən "Peugeot" avtomobil brendinin ölkəmizdəki rəsmi distribütorudur.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest