79-cu dəqiqədə cərimə zərbəsindən vurduğu gözəl qolla hesabı 3:0-a çatdıran Bakırcıoğlu sevinc yaşayarkən azarkeşlərdən biri tribunadan ona tərəf pivə qabı atıb. Onu havada tutan 37 yaşlı oyunçu içindəki pivəni içib.

İsveç çempionatında maraqlı hadisə baş verib. Matç.az saytının məlumatına görə, "Hammarbü"nün yarımmüdafiəçisi Kennedi Bakırcıoğlu XXIV turda "Höteborq"la qarşılaşmada qeyri-adi qol sevinci yaşayıb.

79-cu dəqiqədə cərimə zərbəsindən vurduğu gözəl qolla hesabı 3:0-a çatdıran Bakırcıoğlu sevinc yaşayarkən azarkeşlərdən biri tribunadan ona tərəf pivə qabı atıb. Onu havada tutan 37 yaşlı oyunçu içindəki pivəni içib.

Qeyd edək ki, qarşılaşma "Hammarbü"nün 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest