Kişi voleybolçular arasında Azərbaycan çempionatının finalçıları bəlli olub. Matc.az xəbər verir ki, ilk olaraq meydana "Neftçi" və "Xarı bülbül" klubları çıxıblar.
 
Görüş kifayət qədər gərgin keçib. Matça "Xarı bülbül" daha yaxşı başlayıb və ilk setdən 25:19 hesablı qələbə ilə ayrılıb. Sonradan "Neftçi" üstünlüyü ələ alaraq 2-ci və 3-cü  hissələri 25:18 və 27:25 hesabları ilə öz xeyrinə yekunlaşdırıb. Bununla belə, cütün ilk matçında qələbə qazanmış "Xarı bülbül" 4-cü setdə 25:19 hesabı ilə qalib gələrək ümumi hesabı bərabərləşdirib - 2:2. Tay-breykdə isə yenə Şuşa təmsilçisi üstün oyun nümayiş etdirib. Bu hissəni 15:9 hesabı ilə qalib başa vuran "Xarı bülbül" meydandan 3:2 hesablı qələbə ilə ayrılıb. Beləliklə, "Xari bülbül" finala ilk vəsiqənin sahibi olub.
 
Yarımfinalın digər qarşılaşmasında MOİK və "Murov" kollektivləri üz-üzə gəliblər. Cütün ilk matçında qələbə qazanmış "Murov" bu oyuna da yaxşı başlayıb. Rəqibini yenə quru hesabla (3:0;  25:20, 25:15, 25:20) məğlub edən "Murov" ölkə birinciliyinin finalına yüksəlib.
 
Beləliklə, Yüksək Liqanın qalibini "Xarı bülbül" və "Murov" klubları müəyyənləşdirəcəklər. "Neftçi" və MOİK isə bürünc medal uğrunda mübarizə aparacaqlar.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest