Finlandiya millisi tarixinin ən yaxşı bombardiri Teemu Pukki 36 yaşında karyerasını başa vurmaq qərarına gəlib.

Matc.az xəbər verir ki, bu barədə o, özünün "Instagram" hesabında məlumat yayıb.

Təcrübəli oyunçu hisslərini bu sözlərlə bölüşüb: "Futbol mənə balaca bir oğlan uşağı olarkən xəyal edə biləcəyimdən qat-qat çoxunu verdi. Futbol sayəsində dünyanı gördüm və təcrübə qazandım. Futboldan qazandıqlarımı başqa heç yerdə əldə edə biləcəyimi düşünmürəm. Hər zaman hər şey əyləncəli olmadı və hər anından zövq ala bilmədim, lakin futbola olan sevgim sonsuza qədər qalacaq. Çıxış etdiyim möhtəşəm klublara və onların azarkeşlərinə dərin təşəkkürümü bildirirəm".

Qeyd edək ki, Pukki milli komandanın heyətində 133 oyun keçirib, 43 qol və 17 məhsuldar ötürmə ilə yadda qalıb. Bu göstərici sayəsində 36 yaşlı mərkəz hücumçusu Finlandiya futbolu tarixinin ən məhsuldar bombardiri olub.

Bundan başqa, o, yığmada ən çox oyun keçirən futbolçuların siyahısında ikinci pillədə qərarlaşıb. İlk sıranı isə 137 matçla "Barselona" və "Liverpul"un sabiq oyunçusu Yari Litmanen tutur. Mərkəz hücumçusu beynəlxax karyerasını 2025-ci ilin noyabrında bitirmişdi.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest