Qadınlar arasında basketbol üzrə Azərbaycan kubokunun final  oyunu baş tutub. Matc.az xəbər verir ki, "Sərhədçi" İdman Mərkəzində keçirilən final oyununda BBA və AZE U-16 komandaları üz-üzə gəliblər.
 
Son topa qədər davam edən mübarizənin yekununda BBA komandası 51:48 hesablı qələbə qazanıb. Nəticədə bu komanda qadınlar arasında ilk dəfə keçirilən basketbol üzrə Azərbaycan kubokunun sahibi olub.
 
Xatırladaq ki, ölkə kubokunda dörd komanda mübarizə aparıb: BBA, "Alov", PH və AZE U-16.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest