Cütün ilk görüşündə quru hesabla qalib gələn "Neftçi" bu dəfə MOİK-in daha ciddi müqaviməti ilə rastlaşıb.

Voleybol üzrə kişilər arasında Azərbaycan birinciliyində final mərhələsinin növbəti oyunları baş tutub. Matc.az xəbər verir ki, bu gün Voleybol Mərkəzində "Murov" və "Xarı bülbül" çempionluq, MOİK və "Neftçi" isə üçüncülük yolunda bir daha meydana çıxıblar.
 
Günün ilk qarşılaşması "Murov" və "Xarı bülbül" klubları arasında olub. Cütün ilk matçında 3:1 hesabı ilə qələbə qazanan "Murov" bu oyunda 3:0 (25:18, 25:18, 25:16) hesabıyla qalib gəlib.
 
Daha sonra meydana MOİK və "Neftçi" komandaları çıxıblar. Cütün ilk görüşündə quru hesabla qalib gələn "Neftçi" bu dəfə MOİK-in daha ciddi müqaviməti ilə rastlaşıb. Bununla belə, "Neftçi" rəqibini 3:1 (16:25, 25:23, 25:17, 25:23) hesabı ilə məğlub edərək bürünc medala bir qədər də yaxınlaşıb.
 
Qeyd edək ki, ölkə birinciliyinin reqlamentinə əsasən komandalar üç qələbəyədək mübarizə aparır. Bu mərhələnin növbəti qarşılaşmalarının tarixləri ilə bağlı məlumat veriləcək.
 
Yüksək Liqa
Final mərhələsinin 2-ci oyunları
13 aprel
 
"Murov" - "Xarı bülbül" 3:0 (25:18, 25:18, 25:16)
MOİK - "Neftçi" 1:3 (25:16, 23:25, 17:25, 23:25)
 
1-ci oyunların nəticələri 
"Xarı bülbül" - "Murov" 1:3 (25:20, 20:25, 19:25, 17:25)
"Neftçi" - MOİK 3:0 (25:19, 25:18, 26:24)

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest