Takevondo üzrə böyüklərdən ibarət milli komandamız Belçikada uğurlu nəticə əldə edib. Matc.az saytının məlumatına görə, 16 martda Lommel şəhərində keçirilən sayca 40-cı olan G2 kateqoriyalı "Belgium Open" turnirində mübarizəyə qoşulan 4 idmançımız fəxri kürsüyə qalxıb.

Belə ki, 54 kq çəki dərəcəsində dayanq üzərinə çıxan Qaşım Maqomedov, 63 kq-da mübarizə aparan Cavad Ağayev və 80 kq çəkidə əsas ümidimiz Milad Beigi Hərçəqani bütün rəqiblərini yollarından kənarlaşdıraraq qızıl medala sahib olublar.

Ayxan Tağızadə (74 kq) isə sadəcə həlledici görüşdə məğlub olub və "gümüş"lə kifayətlənib.

69 ölkədən 1272 taekvondoçunun qatıldığı turnirdə komandamız aktivinə 3 qızıl və 1 gümüş medal əlavə edib.

Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev və baş məşqçilər Reza Mehmandoust, eləcə də Elnur Amanovun rəhbərliyi ilə Hollandiya açıq birinciliyin ( 8 medal) ardından Belçika turnirində də uğurlu çıxış edən millimiz 18 martda vətənə dönəcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest