3x3 basketbol üzrə Dünya Qadın Seriyasında "Astara" mərhələsinin qrupları və təqvimi müəyyənləşib. Matc.az xəbər verir ki, yarışda 12 komanda 4 qrupda mübarizə aparacaq.
 
A qrupunda Almaniya, Misir, Ukrayna, B qrupunda çin, çexiya və Avstriya, C qrupunda Polşa, Yuanda klubu, Azərbaycan, D qrupunda isə Rumıniya, Macarıstan və "Neftçi" klubu yer alıb.
 
Reqlamentə əsasən, ilk iki yeri tutmuş kollektivlər 1/4 final mərhələsinə vəsiqə qazanacaqlar. "Astara" mərhələsinin açılış oyunu mayın 20-də saat 12:40-da Almaniya və Ukrayna seçmələri arasında baş tutacaq.
 
Azərbaycan yığmasının ilk matçı saat 13:30-da Polşa millisinə, "Neftçi" klubunun oyunu isə saat 13:55-də Rumıniya seçməsinə qarşı olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest