Bu gün Dünya Qadın Seriyasının Astara mərhələsində qrup oyunları start götürüb.
 
Matc.az xəbər verir ki, turnirin açılış oyununda Azərbaycan Respublikası Gənclər və İdman Naziri Fərid Qayıbov və Azərbaycan Respublikası Elm və Təhsil Naziri Emin Əmrullayev iştirak ediblər. 
 
Açılış oyunu Almaniya və Ukrayna milliləri arasında baş tutub. Bu görüşdə Ukrayna kollektivi 15:14 hesablı qələbə qazanıb.
 
B qrupunda isə favorit çin millisi Avstriya komandasına 13:14 hesabı ilə məğlub olub. C qrupunda ilk oyununu keçirən qadın milli komandamız isə Polşa seçməsi ilə oyundan 7:22 hesablı məğlubiyyətlə ayrılıb. D qrupunda qərarlaşan "Neftçi" komandası da Rumıniya millisinə qarşı gərgin oyunun yekununda meydançadan 15:12 hesabı ilə qalib ayrılıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest