Almaniyanın "Verder" klubu heyətinə yeni mövsüm üçün yeni futbolçu cəlb edib.
 
Matc.az xəbər verir ki, Bundesliqa təmsilçisi Polşa millisinin və Düsseldorf "Fortuna"asının hücumçusu Davit Kovnatskini transfer edib.
 
26 yaşlı futbolçu ikinci Bundesliqa klubu ilə müqaviləsinin müddəti 30 iyunda bitən kimi "Verder"ə azad agent kimi qoşulacaq. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
 
Kovnatski 2019-cu ildən formasını geyindiyi Düsseldorf "Fortuna"sında 101 oyuna 26 qol vurub. O, Polşa millisində də 7 matça çıxıb və 1 qola imza atıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest