18 Noyabr 2026, 17:00
FUTBOL
Namizədlər arasında Lionel Messi, Kilian Mbappe, Erlinq Haland, Harri Keyn və Lamin Yamal kimi məşhur hücumçular da var.
“Globe Soccer Awards” mükafatının təşkilatçıları 2026-cı ildə “İlin ən yaxşı hücumçusu” nominasiyası üzrə namizədlərin siyahısını açıqlayıb. Matc.az xəbər verir ki, yekun siyahıda dünya futbolunun tanınmış ulduzları olmaqla, ümumilikdə 14 futbolçu yer alıb.
Namizədlər arasında Lionel Messi, Kilian Mbappe, Erlinq Haland, Harri Keyn və Lamin Yamal kimi məşhur hücumçular da var.
“İlin ən yaxşı hücumçusu” mükafatına namizədlərin tam siyahısı:
1. Xulian Alvares (“Atletiko Madrid”, Argentina)
2. Usman Dembele (PSJ, Fransa)
3. Luis Dias (“Bavariya”, Kolumbiya)
4. Erlinq Haland (“Mançester Siti”, Norveç)
5. Vinisius Junior (“Real Madrid”, Braziliya)
6. Harri Keyn (“Bavariya”, İngiltərə)
7. Xviça Kvaratsxeliya (PSJ, Gürcüstan)
8. Lautaro Martines (“İnter”, Argentina)
9. Kilian Mbappe (“Real Madrid”, Fransa)
10. Lionel Messi (“İnter Mayami”, Argentina)
11. Maykl Olise (“Bavariya”, Fransa)
12. Rafinya (“Barselona”, Braziliya)
13. Bukayo Saka (“Arsenal”, İngiltərə)
14. Lamin Yamal (“Barselona”, İspaniya)













