Millətlər Liqasının oyunlarına görə Azərbaycan Premyer Liqasında yaranan fasilə başa çatır. Matc.az xəbər verir ki, sabah XII turun görüşlərinə start veriləcək. Üç gün davam edəcək turda avrokuboklara iddialı komandalar səfərdə oynayacaqlar.
Açılış görüşü Yevlaxda baş tutacaq. Ev oyunlarını burada keçirən “İmişli” “Zirə” ilə üz-üzə gələcək.
Bu qarşılaşmanın ardından çempion “Sabah” Sumqayıtda eyniadlı komandanın qonağı olacaq.
Turun diqqətçəkən qarşılaşmalarından biri Gəncədə yerli “Kəpəz”lə “Qarabağ” arasında keçiriləcək.
Lider “Neftçi” və üçüncü pillədəki “Turan Tovuz” da Şamaxıya səfər edəcək. Paytaxt təmsilçisi “Araz-Naxçıvan”la, Kurban Berdiyevin komandası isə “Şamaxı” ilə qarşılaşacaq.
Azərbaycan Premyer Liqası
20 noyabr (cümə)
XII tur
14:30 “İmişli” – “Zirə”
Yevlax şəhər stadionu
19:00 “Sumqayıt” – “Sabah”
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
21 noyabr (şənbə)
14:30 “Şamaxı” – “Turan Tovuz”
Şamaxı şəhər stadionu
17:00 “Şəfa” – “Qəbələ”
“SOCAR Polymer Arena”
22 noyabr (bazar)
14:30 “Araz-Naxçıvan” – “Neftçi”
Şamaxı şəhər stadionu
17:00 “Kəpəz” – “Qarabağ”
Gəncə şəhər stadionu













