19 Noyabr 2026, 12:11
FUTBOL
“İnter”in yarımmüdafiəçisi Hakan Çalhanoğlu karyerasını hələlik Türkiyədə davam etdirmək niyyətində deyil. Matc.az xəbər verir ki, təcrübəli futbolçunun hazırkı mərhələdə Türkiyə klublarından birinə transfer olunmağı planlaşdırmadığı bildirilir.
Onun diqqəti “İnter”dəki çıxışına və İtaliya klubunda qarşısına qoyulan hədəflərə yönəlib.
Belə ki, yaxın gələcəkdə Çalhanoğlunun Türkiyə Super Liqasına qayıtması real görünmür. Bununla belə, futbolçunun gələcək karyerası ilə bağlı qərarının zamanla dəyişib-dəyişməyəcəyi məlum deyil.
Qeyd edək ki, Hakan Çalhanoğlu “İnter”in əsas oyunçularından biri sayılır.













