19 Noyabr 2026, 13:02
FUTBOL
“Bavariya” klubunun rəhbəri Yan-Kristian Drezen yarımmüdafiəçi Camal Musialanın yaşıl meydanlara qayıdışı ilə bağlı danışıb. Matc.az saytının Almaniyanın “Welt” nəşrinə istinadən məlumatına görə, futbolçu təxminən iki aylıq fasilədən sonra cümə günü “Köln”lə oyunda meydana çıxa bilər.
Drezen Musialanın sağ bud nahiyəsindəki əzələ zədəsindən sonra özünü yaxşı hiss etdiyini və komandaya kömək etməyə hazırlaşdığını bildirib.
Klub rəhbəri futbolçunun əvvəlki formasını bərpa etməsi üçün zamana ehtiyacı olduğunu da vurğulayıb.













