PSJ komandanın kapitanı və müdafiəçisi Markinyosla müqavilənin müddətini uzatmaq niyyətindədir. Matc.az xəbər verir ki, Paris klubu 32 yaşlı braziliyalı futbolçuya 2029-cu ilin yayına qədər qüvvədə olacaq yeni müqavilə təklif edib.
 
Hazırda tərəflər arasında danışıqlar davam edir və müqavilənin şərtləri müzakirə olunur.
 
Qeyd edək ki, Markinyos 2013-cü ildən PSJ-də çıxış edir. Onun hazırkı müqaviləsi 2028-ci ilin yayında başa çatır.
 
Braziliyalı müdafiəçi Paris klubunun heyətində bütün turnirlərdə 531 oyuna çıxıb, 46 qol vurub və 12 məhsuldar ötürmə verib.
 
Markinyos PSJ ilə 11 dəfə Fransa çempionu olub, 11 dəfə Fransa Superkubokunu, 8 dəfə Fransa Kubokunu və 6 dəfə Fransa Liqa Kubokunu qazanıb. Onun kolleksiyasında, həmçinin iki UEFA Superkuboku və bir FIFA Qitələrarası Kuboku var.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest