18 Noyabr 2026, 15:36
FUTBOL
FIFA-nın 2030-cu il dünya çempionatının televiziya yayım hüquqları ilə bağlı sənədlərində oyunların ortasında su fasilələri zamanı reklam yayımlanması imkanının nəzərdə tutulduğu üzə çıxıb. Matc.az xəbər verir ki, bu, 2026-cı il mundialında tətbiq edilən üçdəqiqəlik fasilələrin növbəti turnirdə də saxlanıla biləcəyinə işarədir.
Fasilələrin futbolçuların sağlamlığı üçün tətbiq edildiyi bildirilsə də, yayımçılar üçün milyonlarla dollar reklam gəliri yaratması futbol ictimaiyyətində kommersiya maraqları ilə bağlı suallar doğurub.
FIFA isə 2030-cu il üçün hələ yekun qərar vermədiyini açıqlayıb.













