PSJ-nin gürcüstanlı futbolçusu Xviça Kvaratsxeliya GQ jurnalının 2026-cı il üzrə “İlin adamı” mükafatına layiq görülüb. Matc.az xəbər verir ki, 
1996-cı ildən təqdim olunan nüfuzlu mükafat idman, kino, musiqi, moda və mədəniyyət sahələrində fərqlənən, cəmiyyətə mühüm təsir göstərən şəxslərə verilir.
 
Kvaratsxeliya ilə yanaşı, fransalı MMA döyüşçüsü Salahdin Parnas da GQ France-ın 2026-cı il üzrə mükafatına layiq görülənlər arasında yer alıb.
 
Gürcüstanlı futbolçu üçün 2026-cı il həm uğurlu, həm də çətin anlarla yadda qalıb. O, UEFA Çempionlar Liqasının liqa mərhələsində “Barselona” ilə keçirilən və 4:2 hesabı ilə başa çatan oyunda dizinin çarpaz bağlarından ciddi zədə alıb. Mətbuatda yayılan məlumatlara görə, futbolçunun bərpa prosesi təxminən doqquz ay çəkə bilər.
 
Bununla belə, Kvaratsxeliya 2026-cı il “Qızıl top” mükafatının səsverməsində altıncı yeri tutaraq PSJ-dən namizəd göstərilən doqquz komanda yoldaşını qabaqlayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest