19 Noyabr 2026, 11:47
FUTBOL
“Globe Soccer Awards” təşkilatı “Yaxın Şərqdə ilin ən yaxşı futbolçusu” mükafatına namizədlərin siyahısını açıqlayıb. Matc.az xəbər verir ki, təşkilatın “X” sosial şəbəkəsində yaydığı məlumata görə, siyahıya 10 futbolçu daxil edilib.
Namizədlər arasında “Əl-Nəsr”in futbolçuları Kriştiano Ronaldo, Joao Feliks və Sadio Mane, “Əl-Qadisiyə”dən Musab Əl-Cuveyr və Xulian Kinyones, “Əl-Hilal”dan Yassin Bunu və Ruben Neves, “Əl-Əhli”dən Eduar Mendi və Ayvan Toni, eləcə də “Əl-Ayn”ın üzvü Sufyan Rahimi yer alıblar.
Qeyd edək ki, “Globe Soccer Awards” il ərzindəki fəaliyyətlərinə və çıxışlarına əsasən futbolçuları, məşqçiləri, klubları, agentləri və futbol dünyasının digər nümayəndələrini mükafatlandıran nüfuzlu tədbirdir.
Mükafatlandırma mərasimi ənənəvi olaraq dekabrın sonunda Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilir.













