19 Noyabr 2026, 12:38
FUTBOL
“İnter Mayami”nin hücumçusu Luis Suares “Barselona”nın bu mövsüm UEFA Çempionlar Liqasındakı şanslarını dəyərləndirib. Matc.az saytının məlumatına görə, uruqvaylı futbolçu Lionel Messi ilə birlikdə Kataloniya klubunun oyunlarını izlədiyini bildirib:
“Ümid edirəm ki, bu mövsüm Çempionlar Liqasını qazana bilərlər. Komanda və futbolçular çox yüksək səviyyədədir. Amma mövsümün başa çatmasına hələ xeyli vaxt var”.
Qeyd edək ki, Suares və Messi vaxtilə Kataloniya klubunda forma geyiniblər.













