18 Noyabr 2026, 15:21
FUTBOL
“Barselona”nın sabiq hücumçusu Luis Suares gənc futbolçu Lamin Yamalın Lionel Messi ilə müqayisə edilməsinə münasibət bildirib. Matc.az saytının xəbərinə görə, uruqvaylı futbolçu hesab edir ki, Yamalın hələ cəmi 19 yaşı var və onu indidən Argentina millisinin əfsanəvi kapitanı ilə müqayisə etmək düzgün deyil.
Suares “Catalunya Radio”ya açıqlamasında Messinin futbol tarixində qazandığı uğurları xatırladaraq, Yamalın qarşısında olduqca çətin hədəf dayandığını vurğulayıb:
“Onun cəmi 19 yaşı var, Messi isə artıq futbolda mümkün olan hər şeyi qazanıb. Yamal bu qədər gənc olduğu halda onları müqayisə etməyin düzgün olduğunu düşünmürəm.
Messinin səviyyəsinə çatmaq, demək olar ki, mümkünsüz olacaq”.













