İngiltərə Peşəkar Futbolçular Assosiasiyasının (PFA) rəhbəri Maheta Molanqo dünya futbolunun gələcəyi ilə bağlı narahatlığını ifadə edib. Matc.az xəbər verir ki, o, FİFA-nın idarəçilik prinsiplərini və futbolun getdikcə daha çox kommersiya maraqlarına tabe olmasını tənqid edib.
 
“Sevdiyim oyun təhlükə altındadır. Futbolun gələcəyini onun inkişafına deyil, daha çox pul qazanmağa xidmət edən qərarlar müəyyənləşdirir”, – deyə Molanqo bildirib.
 
PFA rəhbəri xüsusilə FİFA-nın qərarlarında futbolçuların və onların maraqlarını təmsil edən qurumların fikirlərinin kifayət qədər nəzərə alınmadığını vurğulayıb.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest