19 Noyabr 2026, 12:25
FUTBOL
“Qalatasaray”ın stadionu qulaqları kar edəcək qədər gurultulu idi”. Matc.az xəbər verir ki, bunu Madrid “Real”ının sabiq yarımmüdafiəçisi Toni Kroos deyib.
O, “Qalatasaray” klubunun azarkeşlərinin yaratdığı atmosferdən danışıb. Almaniyalı futbolçunun sözlərinə görə, stadionda səs-küy o qədər güclü olur ki, insan qulaqlarında fiziki təzyiq hiss edir:
“Xüsusilə ilk dəqiqələrdə rəqib topu itirənə qədər dayanmadan fit çalırlar. Məsələ təkcə səs-küydə deyil, qulaqlarında fiziki təzyiq hiss edirsən. İnanılmaz atmosfer idi”.
.













