"Napoli" Avropa nəhənglərinin gündəmində olan hücumçusu Viktor Osimxeni saxlamaq niyyətindədi. Matc.az xəbər verir ki, 24 yaşlı forvard üçün hələlik rəsmi təklif olmayıb.
Ancaq "çelsi", "Bavariya" və PSJ rəhbərliyi şifahi müraciət edib. Neapolluların prezidenti Aurelio De Laurentiis nigeriyalı üçün ən azı 160 milyon avro tələb edir. Prezident Osimxenlə sözləşməni ciddi maaş artımı ilə yeniləməyi düşünür. Forvardın hazırda illik məvacibi 4,5 milyon dollardı.
İtaliya çempionu yeni müqaviləyə 160 milyon avroluq sərbəst qalma maddəsini də daxil etməyi planlaşdırır. Onun hazırkı anlaşması 2025-ci ilin iyununa qədərdi.
Qeyd edək ki, Viktor Osimxen cari mövsüm A seriyasında keçirdiyi 31 oyunda 25 qol vurub.