"Zirə"nin maraq göstərdiyi digər futbolçu isə Məqsəd İsayevdir. 27 yaşlı müdafiəçi yaxın günlərdə "Qəbələ"dən ayrılıb, karyerasını paytaxtda davam etdirəcək.

Misli Premyer Liqasını beşinci pillədə başa vuran "Zirə" heyətinə əl gəzdirməyə başlayıb. Matc.az xəbər verir ki, qəsəbə təmsilçisi hazırda iki futbolçu ilə maraqlanır.
 
Belə ki, "Zirə" sabiq futbolçusu Ahmet Ayzayanı yenidən heyətə cəlb etmək fikrindədir. Son mövsümü "Kəpəz"də keçirən 28 yaşlı nigeriyalı Gəncədə oynamaq istəmədiyindən, "Zirə"yə keçidi real görünür. 
 
"Zirə"nin maraq göstərdiyi digər futbolçu isə Məqsəd İsayevdir. 27 yaşlı müdafiəçi yaxın günlərdə "Qəbələ"dən ayrılıb, karyerasını paytaxtda davam etdirəcək.  
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest