İyunun 8-də UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzi-qərargahında final mərhələsi 2024-cü ildə keçiriləcək dünya çempionatının elit-raundunun püşkü atılacaq. Matc.az xəbər verir ki, artıq komandalar səbətlərə bölünüblər. Əsas mərhələni ən yaxşı qrup ikincisi kimi tamamlayan və bu mərhələyə birbaşa vəsiqə qazanan Azərbaycan millisi elit-raund üçün hazırlanmış 3-cü səbətdə yer alıb.
 
Komandamızdan başqa bu səbətdə Ermənistan, Fransa, Serbiya və Sloveniya yığmaları qərarlaşıb. Bu isə o deməkdir ki, millimiz püşkdən sonra öz qrupunun 3-cüsü olacaq bu 4 komandanın heç biri ilə eyni qrupda yer almayacaq.
 
Səbətlər bu şəkildədir:
 
1-ci səbət
 
Xorvatiya
Qazaxıstan
Portuqaliya
İspaniya
Ukrayna
 
2-ci səbət

Gürcüstan
İtaliya
Polşa
Rumıniya
Slovakiya
 
3-cü səbət

Azərbaycan
Ermənistan
Fransa
Serbiya
Sloveniya
 
4-cü səbət

Belçika
çexiya
Finlandiya
Almaniya
Niderland
 
20 komanda 5 qrupda
 
Elit-raundda bu 20 komanda 5 qrupda yarışacaq. Hər qrupda 4 komanda ev-səfər olmaqla mübarizə aparacaq. Avropa zonasına 7 yer ayrıldığına görə, qrup qalibləri (5 komanda) final mərhələsinə birbaşa vəsiqə qazanacaq. Ən yaxşı göstəriciyə malik 4 "ikinci" isə pley-off oyununda iştirak edəcək. Əgər final mərhələsinə evsahibliyi Avropa ölkələrindən birinə verilsə, o zaman pley-off mərhələsinə ən yaxşı göstəriciyə malik 2 "ikinci" vəsiqə qazanacaq. Elit raundun pley-off oyunlarının püşkü 2024-cü il 25 yanvarda, oyunları isə 8-17 aprel tarixlərində keçiriləcək.
 
6 oyun üçün 3 ay
 
Elit-raund mərhələsinin oyunlar 3 ay ərzində keçiriləcək. Tarixlər bu şəkildə müəyyənləşdirilib:
 
11-20 sentyabr
 
2-11 oktyabr
 
11-20 dekabr
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest