"Napoli"nin hücumçusu Xviça Kvaratsxeliya İtaliya çempionatının 2022/2023 mövsümünün ən yaxşı futbolçusu seçilib. Matc.az A Seriyasının rəsmi saytına istinadən xəbər verir ki, reytinq Hawk-Eye sistemindən istifadə etməklə qeydə alınmış izləmə məlumatlarından əldə edilən qabaqcıl Stats Perform təhlilinə əsaslanıb. 
Reytinq sistemi təkcə statistik məlumatları və texniki-taktiki hərəkətləri deyil, həm də mövqe məlumatlarını nəzərə alır. Bu, topsuz hərəkət, mövqe, komandanın texniki və fiziki səmərəliliyinə töhfə kimi mühüm aspektləri təhlil etməyə imkan verir ki, bu da nəticəni obyektiv və keyfiyyətcə qiymətləndirməyə imkan verir.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest