"Mançester Siti" tarixində yeddinci dəfə İngiltərə Kubokunun qalibi olub. Bu mövsüm İngiltərə Premyer Liqasını da qazanan "şəhərlilər" qızıl dubl edib.

İngiltərə Kubokunun qalibi bəlli olub. Matc.az xəbər verir ki, həlledici görüşdə Mançester təmsilçiləri üz-üzə gəlib.

Londondakı "Uembli" stadionunda baş tutan görüşdə hesabı "Mançester Siti" açıb. Birinci dəqiqədə İlkay Gündoğan dəqiq zərbə ilə fərqlənib. "Yunayted" fasiləyədək tarazlığı bərpa etməyi bacarıb.

33-cü dəqiqədə Bruno Fernandes penalti zərbəsi ilə cavab qolunu vurub. Amma "şəhərlilər" yenidən önə çıxıb. 51-ci dəqiqədə Gündoğan dublunu rəsmiləşdirib. Bu qol matçın nəticəsini həll edib.

"Mançester Siti" – "Mançester Yunayted" – 2:1
Qollar: İlkay Gündoğan, 1; 51 – Bruno Fernandes 33

Qeyd edək ki, "Mançester Siti" tarixində yeddinci dəfə İngiltərə Kubokunun qalibi olub. Bu mövsüm İngiltərə Premyer Liqasını da qazanan "şəhərlilər" qızıl dubl edib. İyunun 10-da Xosep Qvardiolanın yetirmələri çempionlar Liqasının finalında "İnter"lə qarşılaşacaq.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest