Matç bitdikdən sonra azarkeşləri tərəfindən meydançaya kənar əşyanın atılması "ağ-qaralar"a 1600 manatlıq cərimə bahasına başa gəlib.

AFFA İntizam Komitəsi Azərbaycan Kubokunun "Neftçi" – "Qəbələ" oyunu ilə bağlı cəzalarını açıqlayıb. Matc.az saytı xəbər verir ki, komitə görüşdə məğlub olan bakılıları cərimələyib.
 
Matç bitdikdən sonra azarkeşləri tərəfindən meydançaya kənar əşyanın atılması "ağ-qaralar"a 1600 manatlıq cərimə bahasına başa gəlib.
 
Qarşılaşmanın əlavə vaxtında azarkeşlər bu dəfə rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr işlədiblər ki, bu, "Neftçi"nin daha 4000 manatlıq cərimələnməsinə səbəb olub.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest