06 İyun 2023, 14:31
FUTBOL
İsveçin "Hammarbü" klubunun da maraq dairəsində olan 21 yaşlı futbolçu Cənubi Afrika Respublikasına yollanıb. O, bu ölkənin "Orlando Pirates" komandasına keçib.
"Turan Tovuz"un bir transfer planı baş tutmayıb. Matc.az saytının əldə etdiyi məlumata görə, bölgə təmsilçisinin yarımmüdafiə xətti üçün nəzərdə tutduğu əcnəbi transferi son anda reallaşmayıb.
Belə ki, bölgə komandası konqolu orta sahə oyunçusu Karim Kimvuidini sərəncamında görməkdə maraqlı idi. İsveçin "Hammarbü" klubunun da maraq dairəsində olan 21 yaşlı futbolçu Cənubi Afrika Respublikasına yollanıb. O, bu ölkənin "Orlando Pirates" komandasına keçib.
Qeyd edək ki, Karim Kimvuidi Konqo DR-nin U-23 yığmasının üzvüdü.