"Bavariya" yay üçün transfer büdcəsini müəyyənləşdirib. Matc.az xəbər verir ki, Münhen klubu oyunçu keçidlərinə 150 milyon avroluq maliyyə ayırıb.

Hazırkı heyətdən hansısa oyunçu satılsa, transfer büdcəsi artacaq. Baş məşqçi Tomas Tuxel mərkəz hücumçusu və müdafiəyəmeyilli yarımmüdafiəçi alınmasını rəhbərliyə tələb edib.

Qeyd edək ki, "Bavariya" ötən yay Sadio Mane, Mattiys de Liqt, Matis Tell və Rayan Qravenberxın transferlərinə təxminən 140 milyon avro xərcləyib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest