Səudiyyə Ərəbistanında 2022-23 mövsümünün simvolik komandası müəyyənləşib. Matc.az xəbər verir ki, liqanın rəsmi saytı rəmzi "11-liy"i açıqlayıb.

Maraqlıdı ki, "Əl-Nəsr"in portuqaliyalı hücumçusu Kriştiano Ronaldo heyətə daxil edilməyib. "Əl-Nəsr"ə ötən ilin dekabrında keçən 38 yaşlı forvard 16 oyunda 14 qol vurub, 2 assist edib.

Qeyd edək ki, Ronaldonun klubu ilə müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest