Bu il Polşada keçiriləcək III Avropa Oyunlarında iştirak edəcək Azərbaycan qılıncoynadanları açıqlanıb. Matc.az xəbər verir ki, yarışda milli komandanın 11 üzvü qüvvəsini sınayacaq.
 
Qadın sablyaçılardan Anna Başta, Valeriya Bolşakova, Səbinə Kərimova və Palina Kaspiaroviç, kişilərdən isə Murad Əkbərov, Saleh Məmmədov, Maqsud Hüseynli və Ayxan Xasıyev yarışda medal qazanmağa çalışacaqlar.
 
Azərbaycanı şpaqa növündə isə Kənan Əliyev, Barat Quliyev və Ruslan Həsənov təmsil edəcəklər.
 
Qeyd edək ki, III Avropa oyunları iyunun 21-dən iyulun 2-dək təşkil olunacaq.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest