17 İyun 2023, 10:05
DÖYÜŞ NÖVLƏRİ
Böyük Dəbilqənin ilk günündə dünən 8 cüdoçumuz çıxış edib, yalnız Gültac Məmmədəliyeva (52 kq) bürünc medalla kifayətlənib.
Qazaxıstanın paytaxtı Astanada keçirilən Böyük Dəbilqə turnirində Azərbaycan yığmasının daha 4 cüdoçusu yarışa qoşulacaq. Matc.az xəbər verir ki, ikinci gündə kişi cüdoçularımız iki çəki dərəcəsində tatamiyə çıxacaq.
73 kq çəkidə Telman Vəliyevin 1/16 finaldakı rəqibi Andrev Manninqs (Baham adaları) olacaqsa, Rəşid Məmmədəliyev eyni raundda türkmənistanlı Parahat Nazarovu sınağa çəkəcək.
81 kq-da çıxış edən Zelim Tçkayevin ilk rəqibi Bəhreyn təmsilçisi Askerbiy Qerbekovdu. Məhərrəm İmamverdiyev isə almaniyalı Tim Qramkovla üz-üzə gələcək. Onlar da yarışa 1/16 finaldan başlayacaq.
Qeyd edək ki, Böyük Dəbilqənin ilk günündə dünən 8 cüdoçumuz çıxış edib, yalnız Gültac Məmmədəliyeva (52 kq) bürünc medalla kifayətlənib.