UEFA Avropa Liqasında 3-cü təsnifat mərhələsinin cavab oyunları keçiriləcək.

Matc.az xəbər verir ki, "Qarabağ" səfərdə HİK-in qonağı olacaq. "Köhlən atlar"ın baş məşqçisi Qurban Qurbanov oyun öncəsi mətbuat konfransında öz fikirlərini bölüşüb:

"Komanda istəklidir. Yaxşı oyun və nəticə ilə Bakıya qayıtmaq istəyirik. Bunun üçün var gücümüzü qoyacağıq. Meydan süni örtüklüdür, amma buna hazır olmalıyıq. Ən yaxşısını etməyə və azarkeşlərimizi sevindirməyə çalışacağıq".

Qeyd edək ki, komandalar arasında ilk matçda Ağdam təmsilçisi 2:1 hesablı qələbə qazanıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest