Rotterdam şəhərində keçirilən Avropa çempionatına yekun vurulub.

Matc.az xəbər verir ki, Azərbaycan paraatletləri turniri 13 meddalla başa vurublar.  İdmançılarımız yarışda 4 qızıl, 4 gümüş və 5 bürünc medal qazanıb. Cüdoçular Şəhanə Hacıyeva, Xanım Hüseynova, takevondoçular İmaməddin Xəlilov və Əbülfəz Abuzərli birinci yerin sahibi olub.

Cüdoçulardan Namiq Abaslı, Dürsədəf Kərimova və İlham Zəkiyev, taekvondoçu Röyalə Fətəliyeva ikinci yeri tutublar.

İdmançılarımızdan İsmayıl Muradov, Xatirə İsmiyeva (hər ikisi cüdo), Sabir Zeynalov, Amin Şıxalıyev (hər ikisi taekvondo) və Aybəniz Babayeva (güllə atıcılığı) isə bürünc mükafata sahib çıxıblar.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest