Qadın voleybolçulardan ibarət Azərbaycan kollektivi dünya və Avropa reytinqində irəliləyib.

Matc.az xəbər verir ki, bu barədə federasiyanın rəsmi saytı məlumat yayıb. Milli komanda dünya reytinqində 5 pillə irəliləyərək 38-ci yerdən 33-cü yerə, Avropa reytinqində isə 3 pillə irəliləyərək 23-cü pillədən 20-ci pilləyə qədər yüksəlib.

Qeyd edək ki, Avropa çempionatının C qrupunda yer alan yığma 5 xalla 5-ci pillədə qərarlaşaraq növbəti mərhələyə vəsiqə qazana bilməyib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest