Erik ten Haq bildirib ki, uğursuz nəticələrə görə "Mançester Yunayted" günahkardır.

Matc.az xəbər verir ki, çalışdırıcı bu barədə yerli mətbuata açıqlama verib: "Biz həm bütövlükdə komanda, həm də fərdi olaraq təkmilləşməliyik. Biz indi yaşadığımız kimi çətin anların öhdəsindən gəlməyi bacarmalıyıq, lakin bunu hələ bacarmırıq. Amma ötən mövsüm biz müdafiə nöqteyi-nəzərindən də möhkəmliyimizi və qətiyyətimizi göstərdik. "Arsenal"la (1:3),  "Tottenhem"lə matçda (0:2) nə baş verdiyini gördünüzmü? Onlar başqa cür də nəticələnə bilərdi. Hər şeyi özümüz düzəltməliyik. Başqasını günahlandıra bilmərik. Biz daha yaxşı iş görməliyik. Qələbə arxasınca daha əzmkar olmalıyıq".

Qeyd edək ki, onun komandası Premyer Liqanın beşinci turunda üçüncü məğlubiyyətini "Brayton"dan aldı - 1:3.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest