Qətərin "Əl Əhli" klubu PSJ-nin yarımmüdafiəçisi Julian Draksleri transfer etdiyini açıqlayıb.

Matc.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.  29 yaşlı alman futbolçu ilə 2 illik müqavilə imzalanıb və 7 nömrəli forma geyinəcək. Transfer məbləği barədə məlumat verilməyib.

Qeyd edək ki, Draksler 2017-ci ilin yanvarından PSJ-də çıxış edir. 2022-2023 mövsümündə futbolçu icarə əsasında "Benfika"da çıxış edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest